Fincanda şokoladlı keks - 3 dəqiqəyə!

Fincanda sokoladli keks - 3 eqiqeye!

Tərkibi (1 pay):

4 x.q. un

2 x.q. kakao

2 x.q. şəkər tozu

1 yumurta

3 x.q. süd

3 x.q. bitki yağı

1/4 ç.q. vanil

1 x.q. doğranmış şokolad (zövqə görə)

Mikrodalğalı sobada keks hazırlamaq üçün dəmir olmayan, saxsı fincan yarayar.

Fincana un, kakao, şəkər tozu töküb yaxşıca qarışdırın.

Yumurta qırıb qarışdırın, lopa qalmasın. Süd ilə yağı, sonra isə vanillə şokoladı əlavə edib qarışdırın.

Qeyd: əgər fincan balacadırsa, ərzağı iri kasada qarışdırın, sonra balaca fincanları yağlayın, xəmiri töküb sobaya qoyun.

Mikrodalğalı sobanın ən yüksək gücündə 3 dəqiqə seçin. Vaxt bitən kimi sobanın qapağını açmayın. Gözləyin, şişmiş keks bir qədər yatsın.

Keksi fincanın kənarlarından bıçaqla ayırıb, boşqaba çevirin.

Bu keksi ərzağın qədərini artırıb iri şüşə formada (sobanın boşqabından iri olmayan) da hazırlamaq olar.

Nuş olsun!

Missis.Az

Digər faydalı məlumatları Missis.Az-ın Facebook səhifəsində oxuyun

+ +4 -

Şərhlər 2

Saytdan çıxıb
Mevlana Regulatory 18 fevral 2017 19:16
men edirem dadli olur
Saytdan çıxıb
pretty poet Brilliant 19 fevral 2017 19:13
Cox pratik gorunur. Yoxluyacam can cox sagol
--------------------
ŞİMDİ ÇOK UZAKLARDAN GEÇMİŞE BAKIYORUM, GÖK YÜZÜNDE YILDIZLAR HEP ONU ARIYORUM

Şərhinizi əlavə edin

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
  • Yandex.Metrica